Cəmiyyət 

“Azərişıq” ASC-nin kollektivindən koronavirusla mübarizəyə dəstək

“Azərişıq” ASC COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın Azərbaycan iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edir.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildiriblər ki, ASC-nin rəhbərliyi bir aylıq əmək haqqını tam, digər əməkdaşları isə öz aylıq əmək haqlarının bir qismini Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir. Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.

Daha çox xəbərlər