Liviyada ilk yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb
Liviyada ilk yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Tripolidə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi bildirib.
Qeyd olunur ki, mərkəzin məlumatında ilk xəstə barədə ətraflı məlumat verilmir, lakin yoluxmuş şəxs paytaxt xəstəxanalarından birindədir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

