Oğuzlu gənclər “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşulublar
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə startı verilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya partiyanın Oğuz rayon təşkilatının könüllüləri də qoşulublar.
ARANTV.AZ xəbər verir ki, aksiya çərçivəsində YAP rayon təşkilatının könüllüləri martın 26-aztəminatlı ailələrin, qayğıya ehtiyacı olan yaşlı insanların evlərinə baş çəkib, onlara tibbi spirt, maska, əlcək, maye sabun və digər gigiyenik vasitələr paylayıblar.
Ahıl insanlar bu nəcib aksiyaya görə gənclərə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi profilaktik və mübarizə tədbirlərinə, həmçinin bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.



