Latviyada koronavirusa yoluxanların sayı 280 nəfərə çatıb
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 36 nəfər artaraq 280-ə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 11702 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1089 nəfərin analizinin 36-nın nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

