Kriminal 

Ağdam sakini dostunu bıçaqladı

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Ağcabədidə fərdi yaşayış evi yanıb

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib

Hadisə rayonunun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakininə məxsus bir mərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğına səbəb elektrik naqillərində qısa qapanma olduğu ehtimal edilir.Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.Unikal.org

Daha çox xəbərlər