Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb.
ARANTV.AZ xəbər verir ki, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb.
Qeyd edək ki, deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.

