Gəncədə 35 yaşlı kişi bıçaqlandı
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Elfaq Cəfər oğlu İsayev döş qəfəsindən bıçaq xəsarəti alıb.
O, xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Özünün dediyinə görə, tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

