Cəmiyyət 

Parlament hərbi xidmətə çağırışın müddətinin uzadılmasına “HƏ” dedi

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

ARANTV.AZ-ın məlumatına görə, Milli Məclisin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib.  Oxu.Az

Daha çox xəbərlər