Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq
Biz üç virusa qarşı mübarizə aparırıq. Koronavirus, ermənilər və üçüncü virus da sapı özümüzdən olan baltalardır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bəziləri gedib xaricdə oturub Azərbaycan barədə qərəzli fikirlər söyləyirlər: “Bəziləri çox sevincək halda virusun genişlənməsindən danışır, guya Azərbaycanın bu virusun öhdəsindən gələ bilmir. Ancaq həmin insanlar özləri xaricdə yaşadıqları evdən çölə çıxa bilmirlər”.

