Panamada komendant saatını pozan minlərlə insan saxlanılıb
Panamada komendant saatını pozan 4 mindən artıq insan saxlanılıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik nazirinin müavini İvor Pitti bildirib.
İ.Pitti deyib: “Martın 19-u 507 nömrəli sərəncamın qüvvəyə mindiyi vaxtdan <…>, ölkənin bütün ərazisi üzrə 4175 nəfər saxlanılıb”.
Bildirilir ki, komendant saatını pozan şəxsləri böyük cərimələr gözləyir.

