Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur – BNA (VİDEO)
Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur.
Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir.
Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.

