Gündəm 

Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus (COVİD – 19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.

Trend-in məlumatına görə, hazırda Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verilib.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulmuş, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasnın artması müşahidə ediləcək.

Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.

Koronavirus (COVID-19) infeksiyasına dair 

MÜQAYİSƏLİ TƏHLİL CƏDVƏLİ 

Ölkə  Yoluxma hallarının ümumi sayı  Ölüm hallarının ümumi sayı  milyon əhaliyə yoluxma sayı  milyon əhaliyə ölüm hallarının sayı  Müayinələrin ümumi sayı  milyon əhaliyə müayinə sayı 
Azərbaycan  717  8  71  0.8  53,300  5,262 
Avstriya  12,109  220  1,344  24  111,296  12,357 
İtaliya  128,948  15,887  2,133  263  691,461  11,436 
Almaniya  100,132  1,584  1,195  19  918,460  10,962 
Belçika  20,814  1,632  1,796  141  70,000  6,040 
Finlandiya  2,176  27  393  5  32,800  5,920 
Niderland  18,803  1,867  1,097  109  75,415  4,401 
Fransa  92,839  8,078  1,422  124  224,254  3,436 
Böyük Britaniya  47,806  4,934  704  73  195,524  2,880 
ABŞ  336,851  9,620  1,018  29  1,772,369  5,355 
İran  60,500  3,739  720  45  186,000  2,214 
Türkiyə  27,069  574  321  7  181,445  2,151 
Rusiya  6,343  47  43  0.3  758,000  5,194 
Belarus  700  13  74  1  40,000  4,233 
Ukrayna  1,319  38  30  0.9  5,864  134 
Qazaxıstan  629  6  33  0.3  5,093  271 
Ermənistan  833  8  281  3  4,929  1,663 
Gürcüstan  188  2  47  0.5  2,762  692 

Daha çox xəbərlər