Cəmiyyət 

Birinci vitse-prezident Mehriban Əliyeva məşhur Atakule qülləsində Azərbaycan bayrağının işıqlandırılması ilə bağlı Türkiyəyə minnətdarlığını bildirib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsində Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı qardaş ölkəyə minnətdarlığını bildirib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, minnətdarlıqla bağlı paylaşımda deyilir:

“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!

Daha çox xəbərlər