COVID-19 ürək xəstəliyi olan insanlar üçün niyə təhlükəlidir? HƏKİM RƏYİ
“COVID-19 virusu yolxusu xəstəlik olduğu üçün ürək-damar sistemi xəstəlikləri olan insanların vəziyyətini daha da ağırlaşdıra bilər”. SİA-nın xəbərinə görə, bunu rusiyalı kordioloq Mariya Qlezer bildirib.
O bildirib ki, istənilən yoluxucu xəstəlik kəskin ürək-damar xəstəliklərinə o cümlədən də infarkt, insult və digərlərinin inkişafına təkan verə bilər: “ Ona görə də belə xroniki xəstəlikləri olan şəxslərin yolxucu xəstəliklərə tutulması onların həyatını risk altına ala bilər. Ən narahatçılıq doğuran məqam isə infeksiyanın digər xəstəliklərin siptomlarını gizlətməsidir. Bəzən COVİD-19 virusuna yoluxma zamanı ürək-damar xəstəliklərindən əzoiyyət çəkənlərin xroniki xəstəlikləri ilə bağlı simtopları koronavirus infeksiyası altında gizlənir, lakin sonradan bu, ağır nəticələrə səbəb ola bilir”.
Mütəxəssis qeyd edib ki, bu baxımda da ürək-damar xəstəliklərindən əziyyət çəkənlər hər gün qan təzyiqini nəzarətdə saxlamalı, hərkim tərəfindən onlar üçün təyin olunan dərman pereparatlarını vaxtında və düzgün şəkildə qəbul etməlidirlər: “ Sadə lakin, təsirli tədbir almaq mütləqdir. Hər gün evinizi havalandırın, lakin soyuqdan özünüzü qoruyun. Gündəlik gimnastika ilə məşğul olmaq məsləhət görülür. Məşqlər zamanı həddindən artıq yorulmamalı, nəfəsinizi tükədəcək hərəkətlər, başınızı aşağı əyərək nəfəsinizi tutmaqla bağlı məşqlər etməməlisiniz. Ancaq qollar, ayaqlarla gimnastik hərəkətlər çox faydalı ola bilər”.

