ABŞ hökumət üzvlərinin təxliyyəsi üçün 10 minlik xüsusi təyinatlı hərbçi ayırdı
ABŞ rəsmiləri zəruri ehtiyac yaranacağı təqdirdə, hökumət üzvlərinin təxliyyəsi üçün hərbçilərdən ibarət xüsusi təyinatlı dəstəni səfərbər edəcək.
Xəbəri “Newsweek” jurnalı dərc edib.
Bir müddət əvvəl Kolumbiya inzibati dairəsinin meri Müryel Bouzer koronavirus infeksiyasının kəskin yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini daha bir ay uzadıb.
rəsmiləri narahatdırlar ki, pandemiyanın miqyası genişlənərsə, hökumətin fəaliyyəti iflic ola bilər.
Jurnal yazır ki, hökumət üzvlərinin evakuasiyası üçün nəzərdə tutulan təhlükəsizlik qüvvələrinin sayı 10 min xüsusi təyinatlıdan ibarətdir.

