Hadisə 

Bakıda avtomobil piyadanı vurub

Bakıda piyadannın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Bayram Ağayev yolu keçərkən “Jeep” markalı avtomobil onu vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakta bağlı araşdırma aparılır.

Daha çox xəbərlər