“May ayındakı bayram günləri ləğv edilə bilərmi?”-İbrahim Məmmədovdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi karantin rejim mayın 4-nə kimi uzadılıb. Qeyd edək ki, mayın 9-da ölkədə Faşizm üzərində Qələbə Günü, mayın 24 və 25-də Ramazan bayramı, mayın 28-də isə Respublika Günüdür. Karantin rejimi ilə əlaqəli olaraq may ayının bayram günləri ləğv edilə bilərmi?
Bununla bağlı Sonxeber.az Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
İbrahim Məmmədov bu barədə onda heç bir məlumatın olmadığını söyləyib: “Əgər belə bir qərar olarsa, ictimaiyyətə məlumat veriləcək”.

