Region Xəbərləri 

36 min maska ianə edən iş qadını maska istehsalını davam etdirir… – Foto, video

-Vəfa xanım, mətbuatdan bilirik ki, ölkə Prezidentinin göstərişi ilə yaradılan Koronovirusla Mübarizə Fonduna 30 min, Zərdab rayon icra hakimiyyətinə 6 min maska ianə etmisniz. Və ölkənin bir sıra nəhəng şirkətlərinin əməkdaşlarını maska ilə təmin etmisiniz. Amma maska böhranı zamanı meydana xeyli keyfiyyətsiz məhsul çıxdı, hətta qiyməti xeyli baha olanları da vardı. Bəs sizin maskaların digərlərindən fərqi nədədir?

– Təşəkkür edirəm birbaşa bu mövzuya toxunduğunuz üçün. Çünki həqiqətən böhran zamanı meydana dəllallar ayaq açdılar. Digər tərəfdən evlərdə, kustar üsullarla maskalar hazırlandı. Təbii bunların heç biri tələbatı keyfiyyətsizlik səbəbindən ödəyə bilmədi. O anda biz satış etməkdən çox, xalqımıza dəstək vermək, dövlətimizin yanında olmaq yolunu seçdik. Dərhal möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ilk maska yardımını da rəhbərlik etdiyim Vəfa Collection şirkəti etdi. Bakıda vəziyyət cətin idisə, təsəvvür edin rayonlarda necə idi?! Mən əslən olduğum Zərdab rayonuna 6 min maska hədiyyə etməyi özümə borc bildim.

Bilirsiniz ki, insanlar karantin rejimində işləmirdilər. Amma bizim fəaliyyətimiz çox vacib idi deyə dayana bilməzdik. İlk növbədə butun məkan dezinfeksiya edildi. Maşınlar 2 metr ara məsafəsi ilə yerləşdirildi, tam steril şərait yaradıldı. Dərzilər əlcək və maskalarla təmin olundu.

Qeyd edim ki, Vəfa Collection şirkəti ilk maska tikən fabrikdir. İlk bu işi biz başladıq və ianələr etdik deyə keyfiyyətimizi aşağı sala bilməzdik. Maskanın keyfiyyətsizliyi nə deməkdir? Üzə yaxşı oturmur, rezinlər qulaqları sıxır, incidir. Bunun üçün ev tikişləri məqsədəuyğun deyil. Üstəlik, ölkədə birdən-birə keyfiyyətli rezin qıtlığı yarandı, işimiz az qalmışdı ki, dayansın. Amma yenə sayıq tərpəndik. Bizə baha başa gəlsə də, Türkiyədən ən keyfiyyətli rezin şirkəti ilə müqavilə bağlayıb, gətirtdik. Buna baxmayaraq, biz simiclik etmirik. Bizə üz tutan bütün ehtiyacı olan şirkətləri maska rezini ilə təmin edirik və bundan sonra da hazırıq. Bilirsiniz, biznes rəqabəti sevir, amma bu, qısqanclıq demək deyil. 14 il ərzində iş həyatı mənə bunu öyrətdi. Qapılarımız bizə üz tutan hər kəsə açıqdır. Gəlib, bizdən lazım olan qədər rezin ala bilərlər.

– Keyfiyyətdə çox iddialı olduğunuz hiss olunur…

Bunu öz işini öymək kimi qiymətləndirməyin. Baxın, biz bu işi doğru aparmasaydıq, nəhəng şirkətlər bizim müştərimiz olmazdı. Mən çəkinmədən adlar çəkə bilərəm. Araz, Bazarstore, Oba Supermarketlər Şəbəkəsi, Azersun Holdinq, Azpetrol, Azeravtoyol, Dünyagöz Klinikası, Nur çörəkləri, Keşlə metallurgiya və adlarını saya bilmədiyim digər nəhəng şirkətlər əməkdaşlarını bizim maskalarla qorudular. Üstəlik, nəinki maskalar, biz onların bir çoxunu işçi geyimləri, uniformalar, digər tikiş məhsulları ilə də təmin edirik. Güvənlə bizi seçdikləri üçün onların hər birinə təşəkkürümü bildirirəm. Və deyim ki, sifarişçilərimizin siyahısı gün-gündən artır. Məhz bu artıma görə də biz yuxarıda qeyd etdiyim maska rezini qıtlığını yaşamışdıq.

– Vəfa xanım, hamı maska deyəndə apteklərə üz tutur, tibbi maska alır. Bəs sizin maskaların onlardan fərqi nədədir?

– Bəli. Xüsusən bunu qeyd etməliyəm ki, bizim maskalar tibbi deyil, məişətdə istifadə edilmək üçün hazırlanan maskalardır. Ümumən maskalar 4 cür olur. Tibbi, kosmetik, istehsalat və məişətdə istifadə olunanlar. Tbbi maskalar sadəcə bir dəfə üçün yararlıdır, nəinki bir dəfə, hətta gün ərzində bir neçə dəfə dəyişdiriliməlidir. Biz məişətdə və istehsalatda rahatlıqla istifadə edilə biləcək maskalar hazırlayırıq. Məhz maskalarımızın keyfiyyəti qənaətbəxş olduğu üçün Koronovirusla Mübarizəyə Dəstək Fondu bizim maskalarımızı qəbul edir. Burdan onlara da təşəkkür edirəm, öz işlərinə böyük məsuliyyət və hassaslıqla yanaşdıqları üçün. Bizim maskaların əsas fərqi odur ki, siz onları qaynar suda yuyub, spitrləyib, bir neçə dəfə də istifadə edə bilərsiniz. Bu ay 14 il olacaq ki, artıq fabrikimizin məhsulları bazarda öz yerini tutub və keyfiyyəti ilə seçilir. Bunu aldığımız çoxsaylı mükafatlar, ölkədə və xaricdə uğurla iştirak etdiyimiz sərgilər sübut edir.

– Gündəlik istehsal gücünüz nə qədərdir? Üstəlik, siz maskanın satış qiymətini deyəndə düzü xeyli sərfəli olması məndə təəccüb yaratdı…

– Hazırda günə 45-50 min maska istehsal edə bilirik. Və böyük tələbatı və sosial həssas təbəqəni nəzərə alaraq, maskalarımızın qiymətində endirim etdik, topdan satışlarda bu endirim daha çox hiss olunacaq. Daha ucuz, daha keyfiyyətli, rahat rezinli maskaları almamağa heç bir səbəb görmürəm. Bilirsiniz, xalqın bu çətin vəziyyətində əgər “biz birlikdə güclüyük” kimi şüarlar səsləndiririksə, onunla da, bir olmalıyıq. Qiyməti qaldırmaq, fürsətcillik etmək bu biznes əxlaqına zidd məsələdir.

Bizim qiymətimiz apteklərdəki normal tibbi maskaların qiyməti qədərdir. Bunu deyəndə çox təəccüblənirlər. Niyə? Çünki mütəxəssislər bilir ki, bizim maskaları maşın tikmir, bu dərzi işi, əl əməyi, göz nurudur. Yəni keyfiyyətli parça, xaricdən gələn rezin, digər məsələləri də nəzərə alsaq, qiymət baha olmalıdır. Baha satmağa bizim tamamilə ixtiyarımız var. Amma indi yox. İnsanlarımızın bu çətin vəziyyətində olmaz. Bu mənim illərdir qoruduğum iş prinsiplərimə ziddir.

– Sizin maskalardan başqa digər tikiş məhsullarınız da var. Və bu yaxında böyük bir Mərkəz də açdınız. İnsan sizə baxanda düşünür ki, bu xanımın işləri həmişə belə rəvan gedib.

– Elə deyil təbii ki. Biznesdə çox enişlər, hətta müflisləşmə də yaşamışam. Biznes yolunu seçənlər bilməlidir ki, bunlardan heç cürə sığrotalanmayıblar. Belə bir məşhur söz var. Deyir, kimsə sənin dalğalarla necə boğuşduğuna baxmaz, gəmini sahilə çıxarıb-çıxara bilməyəcəyinə fikir verər. Doğru, çətinliklər çox olub. Amma şükür ki, gəmimiz sağlam, özümüz də sahildəyik. Rəqiblər qara PR-dan da istifadə edib və edir, kölgəsalıcı çox qarayaxmalar edir, amma bu bizi insanlıqdan, prinsiplərimizdən uzaqlaşdıra bilməz. Onlar vurduqca bəlkə mənim gücüm artır.

Bilirsiniz ki, mən eyni zamanda “İş Qadınlarına Dəstək İctimai Birlyi”nin də rəhbəriyəm. Bu günlərdə bir qrup xanımla bir aksiya təşkil edəcəyik. Müəyyən vəsait toplayıb, yarımda ehtiyacı olan soydaşlarımızla, bacı-qardaşlarımızla görüşəcəyik. Problemləri, borcu, davaları olan iş adamı xalqın içinə rahatlıqla çıxa bilməz. Bizim yerimiz bəlli, yurdumuz bəlli, özümüz də gündəlik xalqın içindəyik. Söz-söhbətlər doğru olsaydı, məni ruhdan salsaydı, içimdə insanlara sevgi də bitərdi yəqin…
Və yaratdığnız bu şəraitdən istifadə edib, mən bütün iş dünyasına səslənirəm. Bu ağır günlərdə soydaşlarımızı unutmayaq. Bizim qazandığmızda onların da haqqı var. Hər şeyi dövlətin üzərinə atmaq olmaz. Vəfa Collection rəhbəri olaraq bildirmək istəyirəm ki, hər bir lazım olan anda biz Prezidentimizin, dövlətimizin, xalqımızın yanındayıq. Bu çətin günlər də bitəcək, inşallah. Bizə qalan sevgi və insanlıq olacaq. Tanrı xalqımızı qorusun!

 

Daha çox xəbərlər