Niderland Kral Futbol İttifaqı ölkə çempionatını vaxtından əvvəl başa vurmaq niyyətindədir
Niderland Kral Futbol İttifaqı (KNVB) koronavirus pandemiyası səbəbiylə 2019/20 mövsümünün milli çempionatının qalan oyunlarını keçirməyi planlaşdırmır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə turnirin mətbuat xidməti xəbər yayıb.
Aprelin 21-də təşkil edilən mətbuat konfransında Niderlandın Baş naziri Mark Rutte ictimai tədbirlərə qadağanı sentyabrın 1-dək uzadıldığını bəyan edib. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 55 milli federasiyanın nümayəndələri ilə video konfrans zamanı onları milli çempionatları keçirməyə çağırıb. Çempionatların ləğvi ilə bağlı xüsusi hallar üçün ayrıca prinsiplər hazırlanacağı bildirilir.
“Peşəkar futbol üzrə şura Niderland çempionatının 2019/20 mövsümünün oyunlarını davam etdirmək fikrində deyil. KNVB UEFA ilə məsləhətləşəcək və müvafiq qərar verəcək. Klublar və əlaqəli digər tərəflər cümə günü görüşəcək və nəticələri müzakirə edəcəklər”, – məlumatda deyilir.

