Dünya 

Kadırov Putinlə ilk tanışlığından danışdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə necə tanış olduğunu açıqlayıb.

Bu barədə R.Kadırov “Instagram” hesabında canlı yayım zamanı bildirib.

O, Rusiya prezidenti ilə ilk dəfə 2000-ci ildə görüşdüyünü söyləyib. R.Kadırov qeyd edib ki, o zaman onları atası Əhməd Kadırov tanış edib.

“Böyük ölkənin böyük prezidenti ilə ilk tanışlıq Soçidə baş tutmuşdu”, – deyə R.Kadırov vurğulayıb.

Daha çox xəbərlər