Kriminal 

Məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı

Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

ARANTV.AZ xəbər verir ki, Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.

Daha çox xəbərlər