Tahir Kərimli: “Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu”
Milli Məclisin plenar iclasında çıxış edən deputat Tahir Kərimli ermənilərin saxta “soyqırım” gününü qeyd etməsindən bəhs edərkən dedi ki, əslində tarix boyu ermənilər azərbaycanlılara qarşı sıyqırımlar törədib. “Elə 1918-ci ilin mart, aprel aylarında Bakıda, Şamaxıda Qarabağda, digər torpaqlarımızda ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Ermənilər həmin günlərdə on minlərlə insanı qətlə yetiriblər. Hətta bununla kifayətlənməyiblər, 30 mindən çox azərbaycanlını Urmiyə bölgəsində qırıblar”.
T.Kərimli ötən əsrə aid ilginc bir fakta da diqqət çəkdi: “1965-ci ildə Qərbi Azərbaycanda böyük bir genosidin qarşısı alındı. O zaman Moskva icazə versə də, həmin vaxt Təhlükəsizlik Komitəsinin sədr müavini Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu. Məhz Heydər Əliyevin sayəsində on minlərə insan soyqırımdan xilas oldu. Erməni bizim başımıza min cür müsibətlər gətiriblər, bunu unutmamalıyıq! Hətta erməni həkimlər belə, körpələrimizi məhv ediblər! Genosid azərbaycanlılara, türk-müsəlmanlara qarrı olub”.
T.Kərimli ardınca Beynəlxalq Əfv Təşkilatının bəyanatına etiraz edərək dedi ki, onlar əxlaqsızlığı təbliğ edənləri müdafiə ediblər. “Bizim cəsarətli qadınlarımız rus tanklarının qarşısına çıxan şəxslərdir, əxlaqsızlığı təbliğ edənlər yox!”
E.Paşasoy,
Musavat.com

