Dünya 

İspaniyada koronavirus: Ölənlərin sayı son bir ayın minimumuna düşdü

İspaniyada son 24 saatda 367 nəfər ölüb.

“El Pais”in məlumatına görə, bu, son bir ay üçün minimum göstəricidir.

Bildirilir ki, martın 20-dən bəri ilk dəfə olaraq COVID-19-dan sağalanların sayı ölənlərin sayından çox olub.

İspaniyada maksimum ölüm halı aprelin 1-də qeydə alınmışdı. Həmin vaxt bir gündə 950 nəfər ölmüşdü.

Qeyd edək ki, İspaniyada 219 764 nəfər koronavirusa yoluxub. Onlardan 22 524 nəfəri ölüb, 92 355 nəfəri isə sağalıb.

Daha çox xəbərlər