Diplomların tanınmasına görə 15 manatlıq rüsum ləğv edilir
Milli Məclisin plnar iclasında xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan rüsumla bağlı müddəaya dəyişiklik edildi. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 32-ci maddəsinə əsasən, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tələb olunan 15 manatlıq dövlət rüsumu ləğv edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olundu.
Musavat.com

