Koronavirusa yoluxan şəxslərin müalicəsinə könüllü qoşulan həkim – VİDEO
Xezerxeber.az-ın məlumatına görə, söhbət 5 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının həkim-infeksionisti Rəna Hüseynovadan gedir.
O, pandemiya təhlükəsi yaranan zaman könüllü şəkildə TƏBİB-ə müraciət edib və regionlarda keçirilən təlimdə iştirak edən 8 həkimdən biri olub.
Onlara əvvəlcə Bakıda təcrübəli həkimlərdən ibarət heyət iki gün ərzində təlim keçib. Sonra isə Rəna Hüseynova Quba, Ağdaş, Şəki, Balakən və Qobustanda yerləşən koronavirus infeksiyasına yoluxan şəxslərin müalicə aldığı mərkəzi xəstəxanalarda həkimlərə təlim keçməyə başlayıb.
Rəna Hüseynova, eyni zamanda koronovirus infeksiyasına yoluxan şəxslərin müalicəsi ilə də məşğul olub.
O,10 gündən artıq bir müddətdə ailəsindən və sevdiklərindən ayrı qalıb və könüllü şəkildə koronavirusdan müalicə alan şəxslərin sağlamlıqlarına qovuşması üçün əlindən gələni edib. Beləliklə, Rəna Hüseynova həm peşə, həm də insanlıq borcunu bu cür yerinə yetirib.

