Hadisə 

Bakıda inək oğrusu tutuldu

Bakıda inək oğrusu saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng mərkəzinə aprelin 22-ci gecə saatlarında Yasamal rayonu Qanlıgöl qəsəbəsində paytaxt sakininə məxsus tövlədən 2400 manat dəyərində inəyin oğurlanması ilə bağlı müraciət daxil olub.

Müraciət əsasında Yasamal RPİ-nin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində inək oğurlamaqda şübhəli bilinən, Bərdə rayon sakini 1986-cı il təvəllüdlü B.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər