Dünya 

Bu gün Türkiyədə koronavirusdan daha 92 nəfər ölüb

Bu gün Türkiyədə koronavirusdan (COVID-19) daha 92 nəfər ölüb.

Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca rəsmi sosial media səhifəsində paylaşıb.

Nazir bildirib ki, son 24 saatda 29 230 şübhəli koronavirus testindən keçib, onlardan 2392-nin cavabı pozitiv çıxıb.

Türkiyədə indiyə qədər koronavirusdan ümumilikdə 2992 nəfər ölüb, 114 653 nəfər isə bu infeksiyaya yoluxub.

 

Daha çox xəbərlər