Ermənistanda daha 65 nəfər koronavirusa yoluxdu
Ermənistanda koronavirusa yoluxanların sayı 1 932 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 65 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bu günədək Ermənistanda 30 nəfər koronavirusun qurbanı olub, 1000 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

