Türkiyə “hər şey daxil” sistemindən imtina edəcək?
“All inclusive” (“hər şey daxil”) sistemi və “isveç masası” Türkiyə otellərində koronavirus pandemiyası bitəndən sonra yenə qalacaq.
ARANTV.AZ Day.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə Otellər Federasiyasının başçısı Sururi Çorabatır deyib.
O qeyd edib ki, bununla bağlı Türkiyənin mədəniyyət və turizm naziri Memet Nuri Ersoyun açıqlaması düz başa düşülməyib.
“Söhbət gücləndirilmiş sanitar tədbirlərindən, sosial məsafənin gözləniməsindən gedir”, – Sururi Çorabatır əlavə edib.

