Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin tərkibi müəyyən olunub
Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin tərkibi müəyyən olunub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlar Musa Quliyev, Eldar İbrahimov, Ramin Məmmədov, Jalə Əhmədova və Elşad Mirbəşiroğlu daxildir.

