Dünya 

Ukraynada koronavirusla mübarizədə maraqlı üsul – FOTO

Ukraynanın əhalisinin sayına görə dördüncü böyük şəhəri olan Dneprdə bələdiyyə koronavirusa yoluxan insanların yaşadığı binaların girişlərində bildiriş mətni yerləşdirib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumat verir ki, bu üsulun koronavirus epidemiyasına diqqət çəkmək üçün tətbiq edildiyi bildirilib.

Şəhər daxilində təxminən 150 binanın girişinə “koronaviruslu xəstələr var” elanı yapışdırılıb.

Bildirilir ki, bələdiyyə işçiləri virus xəstələrinin daha çox aşkarlandığı mənzilləri təmizləyir və dezinfeksiyaedici vasitələri həmin mənzildə yaşayanlara paylayır.

Bələdiyyənin saytına koronavirusa yoluxan insanların aşkarlandığı məhəllə və küçələri göstərən xəritələr əlavə olunub.

Daha çox xəbərlər