Sevgilisindən pul qoparmaq üçün özünü kişi kimi təqdim etdi – VİDEO
Rusiyada qadın yeni tanışından pul qoparmaq üçün özünü kişi kimi təqdim edib.
Bu barədə REN TV xəbər yayıb.
Bildirilir ki, Omskdan olan 26 yaşlı qadın sosial şəbəkədə gənclə tanış olub. Yeni tanışı ona ağır qəza keçirdiyini, bundan sonra ilkin cinsi xüsusiyyətlərdən məhrum olduğunu və müalicə üçün 180 min rubl (4 170 AZN) pul lazım olduğunu bildirib.
Qadın kredit götürərək, dostuna kömək edib. Bundan başqa, o, sevgilisinə 15 min rubla (347 AZN) telefon, qızıl boyunbağı alıb və borclarını ödəmək üçün əlavə olaraq 50 min rubl (1 158 AZN) verib.
Münasibətlər bir aydan artıq davam edib. Sonradan Omsk sakini yeni tanışının qadın olduğunu öyrənib.
Artıq dələduz saxlanılıb. Bu, kafedə işləyən 27 yaşlı Mədinə A. olub.
Hüquq mühafizəçiləri öyrəniblər ki, Mədinə hər görüşə xüsusi hazırlaşıb: kişi kimi saç düzümü ilə “sevgilisinin” qarşısına çıxıb.
Alınan pulları isə o, öz əyləncəsinə xərcləyib.
Qadını beş ilə qədər həbs cəzası gözləyir.

