Maraqlı 

Koronavirus tromb yaradır və xəstələr bundan ölür- Moskva həkimləri

Yeni növ koronavirus qanın strukturunu dəyişib, onun laxtalanmasını pozur və tromb əmələ gətirir.
Bu barədə Moskva operativ ştabı məlumat verib. Bu o deməkdir ki, yoluxmuş insanın vena damarlarında istənilən nahiyədə tromb əmələ gələ bilər. Bu da öz növbəsində insult, infarkt və ağciyər emboliyasına səbəb olub, xəstəni öldürür.

Ona görə koronavirus xəstələrini yaşlı-gənc kateroqoriyaya bölmək olmaz və tromb səbəbindən gənclər də virusdan ölür.
Xüsusən gənclərdə tromb şübhəsi özünü gec göstərdiyindən, onlarda gecikmiş mərhələdə müalicə təyin edilir.Medicina.az

Daha çox xəbərlər