Hadisə 

Gəncədə insident – Özünü binadan atmaq istədi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

ARANTV.AZ  xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.Publika.az

Daha çox xəbərlər