Arvadı ilə dalaşandan sonra evinə çağırdığı fahişələr kişini soydular
Rusiyanın Moskva şəhərində arvadı ilə dalaşan kişi evinə iki fahişə çağırıb.
REN TV xəbər verir ki, qızlar gedəndən sonra kişi vanna otağında yerləşən seyfdən 1,2 milyon rubl (27 360 AZN) pulun oğurlandığını başa düşüb.
Bununla bağlı polisə şikayət edən şəxs bildirib ki, həmin qızlara pul verəndən sonra seyfi bağlamaq yadından çıxıb.
Onun sözlərinə görə, başqa otaqda başı qızların birinə qarışan zaman digər fahişə pulları oğurlayıb.
Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi açılıb.

