Dünya 

Özbəkistanda anbarın divarı çöktü, yüzlərlə ev su altında qaldı

Özbəkistanın Sırdərya vilayətində su anbarının divarı çöküb, yüzlərlə ev su altında qalıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə davamlı və güclü yağışın yağması nəticəsində baş verib.

Anbarın çökməsi ilə ətrafdakı yüzlərlə ev su altında qalıb. 70 min insan bölgədən təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin sözşüsü Murad Sadıkov şiddətli yağışlar səbəbiylə Sardoba anbarının divarının qismən çökməsi ilə yüksək miqdarda suyun ətrafa axdığını təsdiq edib.

Daha çox xəbərlər