Dünya 

Braziliyada tabut çatışmazlığı insanları buna məcbur etdi

Latın Amerikasında yeni növ koronavirusdan ən çox təsirlənən ölkə olan Braziliyada tabut çatışmazlığı yaranıb.

“Anadolu” agentliyi xəbər verir ki, Amazon əyalətinin Manaos şəhərində xeyli insan COVID-19-dan qısa müddətdə öldüyü üçün onlar, bir qayda olaraq, qardaşlıq məzarlarında dəfn edilirlər.

Bəzi ailələr yaxınlarının bu cür basdırılmaması üçün məcburən kremasiyanı seçirlər.

Digər tərəfdən, Manaosu ölkənin digər şəhərləri ilə birləşdirən kifayət qədər asfalt yolun olmaması səbəbindən təxminən üç min kilometr aralıda yerləşən San-Paolo əyalətindən təcili tabut göndərilməsi istənilib.

Ölkənin Səhiyyə Nazirliyi Amazon əyalətində 5 200 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb. 425 sakin ölüb.

Daha çox xəbərlər