Bakıda halsız vəziyyətdə qalan şəxs xilas edildi
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Publika.az

