Hadisə 

FHN: Cəlil Məmmədquluzadə küçəsindəki yanğın söndürülüb – YENİLƏNDİ

Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 106 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 95 m² sahədə yanıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*****

02:42

Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə baş vermiş yanğın söndürülüb.

ARANTV.AZ  xəbər verir ki, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.

*****

22:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.Publika.az

Daha çox xəbərlər