Region Xəbərləri 

Azərbaycanda 4,3 ballıq zəlzələ oldu – Rayonlar silkələndi (YENİLƏNDİ)

Ötən gecə Respublika Seysmoloji Xidmət Mərkəzinin Gəncə stansiyasından 45 kilometr şimalda – Samux rayonu ərazisində 4,3 bal maqnitudalı zəlzələ baş verib.

ARANTV.AZ  xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Qeyd edək ki, zəlzələ bir sıra rayonlarda hiss edilib.

*****

00:33

Bu gün saat 00 radələrində Azərbaycanın bir sıra rayonarında zəlzələ hiss edilib.

ARANTV.AZ xəbər verir ki, yeraltı titrəyişlər Qərb, Şimal-Qərb və Şirvan bölgəsində hiss edilib.

Yerli sakinlər 3-4 bal gücündə yeraltı titrəyişlərin oduğunu bildiriblər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş vermiş zəlzələ ilə bağlı məlumat yayması gözlənilir.Publika.az

Daha çox xəbərlər