Dünya 

Bu ölkədə 1 iyundan məktəblər AÇILACAQ

Avropanın digər ölkələrində karantinin davam etdirilməsinə qərar verilsə də, İngiltərəda həyat normala qaytarmağa çalışır.

ARANTV.AZ  xəbər verir ki, İngiltərədə hökumətə yaxın bir mənbə, məktəblərin iyun ayından tədricən açıla biləcəyini bildirib. Belə ki, 10-12 yaş arası uşaqlar üçün fəaliyyətə başlayacağı açıqlanıb.

Tələbələrin isə tədricən mərhələli olaraq dərsə başlayacağı və nəhayət universitetlərin açılmasının planlaşdırıldığı deyilib.

Digər xəbərlərdə İspaniyanın Baş naziri Pedro Sançes, peyvənd tapılmadığı təqdirdə fövqəladə vəziyyət rejiminin mayın 23-dək uzadacağını açıqlayıb.Sonxeber.az

Daha çox xəbərlər