Bu ölkədə fövqəladə vəziyyət altıncı dəfə uzadıldı
Yeni Zelandiya hökuməti koronavirusun yayılması səbəbindən martın 25-də elan edilmiş fövqəladə vəziyyət rejimini yenidən uzadıb.
MK bununla bağlı mayın 5-də ölkənin Mülki Müdafiə naziri Peeni Henarenin açıqlamasına əsasən xəbər yayıb.
“Yeni Zelandiyadakı fövqəladə vəziyyət altıncı dəfə – yeddi günlük uzadılacaq. Təhlükə səviyyəsini azaltdıqdan sonra bütün nailiyyətlərimizi qeyd etmək üçün xüsusi sayıqlıq lazımdır”, – deyə hökumətin saytında yayımlanan açıqlamada bildirilib.

