Dünya 

Ruhani İranda koronavirusla bağlı vəziyyətdən danışdı

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusla bağlı ölkədəki vəziyyətdən danışıb.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, İran lideri qeyd edib ki, Covid-19-a yoluxma halının pik həddi martın 16-da olub və 3 həftə davam edib. Ancaq artıq epidemioloji vəziyyət tədricən stabilləşir.

“Ancaq əvvəlki kimi qarşımızda hələ uzun yol var”, – deyə Ruhani əlavə edib. Onun fikrincə, vaksin tapılmayanadək dünyanın hələ koronavirus pandemiyası ilə mübarizə aparması üçün həftələr və aylar lazımdır.

Daha çox xəbərlər