Hadisə 

Qonşu ölkədə üç jurnalist koronavirusdan öldü

Rusiyada üç jurnalist koronavirusdan ölüb.

“İnterfaks”ın məlumatına görə, bunu Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

Onun sözlərinə görə, media işçiləri arasında 100-dən artıq yoluxma faktı qeydə alınıb. Onların əksəriyyətində koronavirus simptomsuz keçir.
Ümumilikdə, dünyanın 23 ölkəsində 55 KİV əməkdaşı COVID-19-dan həyatını itirib.

V.Solovyov onu da vurğulayıb ki, 500-dən artıq rusiyalı jurnalist evində tibb işçilərinin nəzarəti altında karantindədir.

Rusiyada, ümumilikdə, 155 370 nəfər koronavirusa yoluxub. Onlardan 1 451 nəfəri ölüb, 19 865 nəfəri isə sağalıb.

Daha çox xəbərlər