Maraqlı 

Karantində boşanmaq istəyənlərə ORİJİNAL TƏKLİF

Yaponiyada həyat yoldaşı, sevgilisi və ya dostundan bezən insanlara hotellərdən orijinal təklif gəlib.

ARANTV.AZ xəbər verir ki, hotellər belə insanlara xüsusi nömrələr təklif etməyə qərar verib. Məlum olub ki, yaponlar arasında belə “şanslılar” çoxdur. Yaponiyada əhali iki aydan çoxdur ki, ev təcridxanasında oturub. Bu da ailə münasibətlərindəki böhranın şiddətlənməsinə səbəb olub. İnsanlar sosial şəbəkələrdə pandemiyanın evliliyi necə məhv etdiyi barədə kədərli hekayələrini paylaşmağa başlayıb. Beləliklə, koronavirus boşaması kimi tərcümə edilə bilən #coronadivorce həştəqi ortaya çıxıb.

Cəmiyyətin şikayətlərinə cavab olaraq, hotelçilər boşanma ərəfəsində olan cütlüklərə ayrı yaşamaq üçün boş otaqlar verməyə hazır olmağı təklif etməyə başlayıb.

Turizm sənayesinin sahiblərindən biri Keysuke Arai CNN-ə açıqlamasında qeyd edib ki, bu xidmət sayəsində insanların boşanmasının qarşısını almaq istəyiblər.

“İdeya budur ki, cütlüklər münasibətləri barədə düşünmək üçün çox vaxt və məkan əldə edə bilərlər”, – deyə əlavə edib.

Xatırladaq ki, azərbaycanlı psixoloqlar da uzun müddət davam edən təcrid müddətinin ailə münasibətlərinə mənfi təsirini istisna etmirlər. (publika.az)

Daha çox xəbərlər