Ramazan ayının 13-cü günü: imsak, iftar vaxtı və dua
Bu gün mübarək Ramazan ayının 13-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 7-də imsak vaxtı saat 03:50-dək, iftar vaxtı isə 19:57-dədir.
Günün duası: “İlahi, məni bu gün çirkin əməl və pis işlərdən pak et! Belə bir gündə qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbir və dözüm ver! Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et! Ey, yoxsulların Gözünün İşığı”.
İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.
Allah orucunuzu qəbul etsin.

