Dünya 

Türkiyədə koronovirusdan sağalan xəstələrin sayı 78 mini ötüb

Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tədbirləri öz nəticəsini verməkdədir. Mayın 5-də ölkə üzrə 30 min 303 bir nəfər üzərində test aparılıb. Onlardan 2253 nəfər xəstə çıxıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 917 nəfər sağalıb, 64 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalananların sayı 78 min 202 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 234 min 724 nəfər test edilib.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlkin mərhələyə mayın 11-dən başlanılacaq.

Daha çox xəbərlər