71 yaşlı qayınana kürəkənin evində intihar etdi — SƏBƏB
Bakıda 71 yaşlı qadın intihar edib.
ARANTV.AZ-ın “Report”a istinadən verdiyi xəbərə görə, Göyçay rayon sakini 1947-ci il təvəllüdlü Mahizər Məmmədova Nərimanov rayonunda yaşayan kürəkəni Yasif Kərimovun evində özünü dördüncü mərtəbənin eyvanından ataraq intihar edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin müayinələr zamanı müəyyən ediblər ki, qadın ruhi xəstə olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

