İdman 

Azərbaycanlı futbolçunun toyundan görüntülər-VİDEO+FOTOLAR

“Foto+” verilişinin yeni mövsümə olan növbəti buraxılışı efirə gedib. ARANTV.AZ xəbər verir ki, verilişin bu dəfə ki, qonaqları futbolçu qardaşlar, “Neftçi”nin forvardı Mirabdulla və “Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasovlar olub. Eyni peşə sahibi olsalar da, qardaşlar xasiyyətcə bir-birindən fərqlənirlər. Nisbətən sakit təbiətli Mirsahib isə həyatının ən önəmli günündən, nikahından söz açıb: “Mənim toyum onunla seçilir ki, məclis ailə arasında baş tutub. Adətən bizim toylarda 300-400 nəfər adam olur. Biz də isə qonaq sayı az olub. Evlənəcəyim xanımı 5 ilə yaxındır tanıyıram. Ona görə düşünmürəm ki, həyatımızda dəyişiklik olar”. Qeyd edək ki, verilişin aparıcısı və fotoların müəllifi Sadiq Quliyevdir.

Daha çox xəbərlər