Ceyhun Bayramov lisey və gimnaziyalara qəbul vaxtını açıqladı
“Beşinci və doqquzuncu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib:
“Respublika fənn olimpiadalarının üçüncü – final mərhələsi mart ayının sonunda keçirilməli idi.
589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının birinci yarısına planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazasında heç bir sıxlıq olmadan keçiriləcək”.Oxu.Az

